Psixososial xidmət nədir?

Gənclər üçün psixososial xidmət – sosial xidmətin gənclərin mürəkkəb həyat şəraitində yaşanan psixoloji aspektlərə xüsusi diqqət ayıran istiqamətdir. “Psixososial” anlayışı bir tərəfdən insanın əzab-əziyyətlərinə (sosial və psixi problemlər biri-birləri ilə qarşılıqlı əlaqədədirlər) olan nöqteyi-nəzərini müəyyən edir, digər tərəfdən isə problemlərin istər sosial, istərsə də psixoloji aspektlərini özündə cəmləyən və sonradan onların hər biri ilə paralel iş aparan həlli yollarını göstərir.

Psixososial xidmətin əsas məqsədi dəyişmiş həyat şəraitində şəxsiyyətin səmərəli ictimailəşməsidir. Psixososial xidmət məqsədi, sağlamlıq qayğısı, şəxsiyyətin ictimai mühitə normal uyğunlaşması və ictimailəşməsi, davranışın itirilmiş funksiyalarının bərpa və ya kompensasiya edilməsi, həyat fəaliyyəti prosesində ünsiyyət kimi məvhumlar olan ictimai və fərdi təsirə tələbat zamanı həyata keçirilir.

Psixososial xidmətin müəyyənləşdirilməsinə gəlincə demək olar ki, psixososial xidmət geniş mənada, əsas məqsədi - ilkin psixoloji yardım, çətin həyat şəraitində olan insanlara sosial dəstək və köməklik olan sosial işin istiqamətlənməsi kimi başa düşülür.

Dar mənada isə sözügedən xidmət mütəxəssisin çətin həyat şəraitinin öhdəsindən gəlmək üçün itirilmiş psixososial tarazlığın bərpa olunmasına, şəxsiyyət və sosial mühit resurslarının axtarışına yönəldilmiş sosial iş üzrə fəaliyyətidir.

Bizə zəng edərkən gəncləri bir çox problemlər narahat edir. Bunlardan bəzilərini sizinlə paylaşırıq.

PROBLEM 1

Salam, mənim 19 yaşım var. Mən keçən il ali məktəbə qəbul imtahanında iştirak etdim....

PROBLEM 2

Salam, məni bir problem narahat edir. Mənim 17 yaşım var. Mən özümə qapalıyam....

PROBLEM 3

Salam, mən öz ailə üzvlərinə, həmçinin münasibətdə olduğu hər kəsə qarşı çox həssasam....

PROBLEM 4

Salam, mən bir il əvvəl atamı itirmişəm. Onun ölümü mənə çox pis təsir edib....

PROBLEM 5

Salam. Mənim 21 yaşım var. Mən 4 ildir bir xanımı sevmişəm. Onsuz öz həyatımı....

PROBLEM 6

Salam, mənim sizin köməyə ehtiyacım var. Mənə kömək edin. Mənim 16 yaşım var....